GİZLİLİK


“1furset” onlayn platforma olaraq Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyəti özündə əks etdirən, müxtəlif ixtisas sahələri üzrə, ölkə daxilində və xaricdə əməkdaşlıq etdiyi müəssisələrlə birlikdə Təcrübə İxtisasartırma proqramları təşkil edərək, təcrübəçiləri şirkətlərlə birləşdirən, eyni zamanda onlar arasında əməliyyatları sistemləşdirən və marketinq fəaliyyətlərinin həyata keçiçirilməsi üçün yaradılmış elektron bir məkandır (saytdır).

İstifadəçi saytda avtomatlaşdırılmış və şəxsi məlumatlarının (adı, soyadı, e-poçt ünvanı, telefon nömrəsi, cinsi, doğum tarixi, abunə oldğu şəhər) toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadə edilməsi, yayaılması (o cümlədən ötürülməsi), ləğv edilməsi, blok olunması və şəxssizləşdirilməsinə öz razılığını verir. İstifadəçinin şəxsi məlumatları məxfidir, açıqlana abilməz və ya hər hansı üçüncü tərəfə təqdim edilə bilməz, o cümlədən icazəsiz istifadəsi təmin edilə bilməz. Saytın xidmətinin yaxşılaşdırılması üçün müqavilə əsasında fəaliyyət göstərən üçüncü şəxslərə məlumatın verilməsi şərtlərinin pozulması sayılmır. Qanunvericiliyin tələblərinə uyğun olaraq informasiyanın açıqlanması öhdəliklərin pozulması sayılmır. Sayt «cookies» texnologiyasından istifadə etmək hüququna malikdir. «Cookies» məxfi məlumatı özündə ehtiva etmir və üçüncü tərəflərə ötürülmür. Saytın qonaqlarının IP-ünvanları haqqında məlumat alınır. Bu məlumat dələduzluq halları istisna olmaqla, İstifadəçinin şəxsiyyətini müəyyən etmək üçün istifadə olunur.

İstifadəçi saytda qeyd etdiyi şəxsi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır. İstifadəçi saytdakı qeydiyyat məlumatların üçün (e-mail ve parol) məxfiliyini təmin etmək və onlarla baş verən bütün fəaliyyəti üçün məsuliyyət daşıyır.

İstifadəçi sayt üzrə qeydiyyat prosedurundan sonra İstifadəçi e-mail ünvanını sayt tərəfindən məlumat və reklam məktubları üçün istifadə olunmasına razılıq verir. İstifadəçi göndərişlərin qəbulunu dayandırmaq istəyirsə, o [email protected] e-mail ünvanı ilə sayt rəhbərliyinə məlumat verir.

Şəxsi profilində telefon nömrəsini qeyd etməklə, İstifadəçi avtomatik olaraq SMS-informasiya mesajlarını qəbul etməyə razılıq verir. İstifadəçi SMS qəbulundan çıxmaq istəyirsə, bunun qaldırılması üçün o [email protected] e-mail ünvanı ilə sayt rəhbərliyinə məlumat verir.

Saytda dərc olunan şəkillər və mətnlər müəlliflik hüququ ilə qorunur.

Tərəflər, onların iradəsindən asılı olmayan hadisələr və proseslər nəticəsində öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə, bu səbəblə irəli gələn öhdəliklər həmin səbəblərin aradan qaldırana qədər dayandırılır. Hər hansı fors-major hallarında vəzifələrini yerinə yetirmədiklərinə görə Tərəflər məsuliyyət daşımır.